TƏBİB-in nizamnamə fondu 100 000 manat olacaq
TƏBİB-in nizamnamə fondunun məbləği 100 000 manat məbləğində müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”ndə yer alıb.
Sənədə əsasən TƏBİB-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
TƏBİB öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. TƏBİB balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 1-05-2023, 17:30