mobil versiya

Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş göstəricisi açıqlanıb




“Bu gün Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 2%-dən daha azdır. Vəfat edənlərin orta yaş göstəricisi isə təxminən 65 civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimiz vaxtında hazırlanıb, müalicə protokolları düzgün tərtib olunub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib kİ, xaricdən gələn eksperlərlə sıx şəkildə əməkdaşlıq edilir: “Bu günə qədər əlavə çarpayı fondundan istifadə edilməsə də, zərurət yaranacağı təqdirdə onlardan istifadə edilə bilər”.

O bildirib ki, əlavə yumşalmaların olması ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardır: “TƏBİB ancaq xəstələrin müalicəsi ilə məşğul olur”.

SON XƏBƏR / KARUSEL
Tarix: 5-08-2020, 15:37