mobil versiya

Şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsinə məhdudiyyət qoyulmur -Nazir müavini



Azərbaycanda şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklərin II oxunuşda müzakirəsində deyib.
O qeyd edib ki, fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsi üçün lazımi şərait yaradılıb. “Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alınırsa öz müalicəsi üçün zəruri dərman vasitələrini xaircdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətir lakin sonradan satırlar. Bu dərmanların keyfiyyətinə zəmanət verilmir”, - deyə nazir müavini əlavə edib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması faktı olsa belə, bu çox cüzi saydadır: “Bu da dərmanların keyfiyyət və qiymətinə təsr edən amil deyil. Keyfiyyətsiz dərman gəlirsə bunun hansı yolla gətirilməsini araşdırmaq lazımdır. Əgər vətəndaş xaricə gedib 3-5 qutu dərman gətirirsə, bu satış üçün yox şəxsi istifadə üçündür”.
Spiker Sahibə Qafarova nazir müavininə həmin nəzarət tədbirlərinin nəticəsi iə bağlı sonradan onlara da məlumat verilməsini xahiş edib.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 6-07-2023, 13:51