mobil versiya

Xaricdən dərman gətirilməsi ilə bağlı yeni məhdudiyyət qoyulur



Dövlət reyestrinə daxil edilməyən dərmanlar Azərbaycana pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.
Bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.
Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 20-06-2023, 13:04