mobil versiya

Qızılca ilə bağlı vəziyyət stabildir



"Qızılca ilə bağlı vəziyyət stabildir".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vəziyyət nəzarətdədir.
Vüqar Qurbanov qeyd edib ki, reanimasiya şöbələri tam hazır vəziyyətdədir və ehtiyac olduğu halda çarpayı sayı artırıla bilər.
O, həmçinin vətəndaşlara çağırış edərək bildirib ki, hansısa simptomlar müşahidə etdiklərində tibb müəssisələrinə müraciət etməlidirlər.
Vüqar Qurbanov əlavə edib ki, ilin sonuna doğru üst yaş kateqoriyaları üçün də qızılcaya qarşı peyvəndlərin Səhiyyə Nazirliyi tərəfindən gətirilməsi nəzərdə tutulub.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 18-12-2023, 17:02