mobil versiya

Qızılca ilə bağlı son vəziyyət açıqlanıb


Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir.
Bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:
"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır".(apa)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 8-12-2023, 12:18