"Epidemioloji vəziyyət stabildir" - Səhiyyə Nazirliyi
"Respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb".
Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar:
"Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur".
SAĞLAMLIQ / KARUSEL
Tarix: 21-11-2023, 16:01