Uşaqların xoşladığı şəkərli pambıqda kanserogen maddələr aşkarlanıb
Hindistanlı tədqiqatçılar uşaqların sevimli qidalardan biri olan şəkərli pambığın xərçəng xəstəliyi riski daşıdığını müəyyənləşdirib.
BBC telekanalı xəbər verir ki, sınaq üçün göndərilən laboratoriya nümunələrində xərçəngə səbəb olan Rodamin-B maddəsinin olduğunu təsdiqlənib.
Hindistan Səhiyyə Nazirliyi 2006-cı ildə qəbul edilən qida təhlükəsizliyi və standartlar aktına əsaslanaraq tərkibində Rodamin-B maddəsi olan qidaların qablaşdırılmasını və idxalını, eləcə də ölkədə şəkər pambığının satışını qadağan edib.
Qeyd edək ki, uşaqların tez-tez getdiyi əyləncə parklarında, yarmarka və küçələrdə satılan bu şirniyyat adətən kustar üsulla hazırlanır. Ona çəhrayı rəng vermək üçün flüoresan adlı kimyəvi maddədən istifadə edilir. Bir çox ölkədə tekstil məmulatlarının, kosmetik vasitələrin rənglənməsində istifadə edilən bu maddə ilə qidaları boyamaq qadağan olunub.(azərtac)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 22-02-2024, 13:54