mobil versiya

Çimərliyə günün daha sərin saatlarında gedilməsi tövsiyə olunur



“Çimərliyə günün daha sərin saatlarında gedilməsi tövsiyə olunur”.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayımda Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-terapevti Günel Sadıqlı bildirib.
Onun sözlərinə görə, yüksək temperatur bədəndə hüceyrə və toxumanın zərərinə səbəb ola bilər: “Yüksək temperaturda, çox isti havada, xüsusən də dəniz kənarı kimi rütubətli şəraitdə uzun müddət qalmaq, isti havalarda kifayət qədər maye qəbul etməməklə yanaşı, dehidratasiyaya (bədənin susuzlaşmasına), yəni bədənin tərləmə yolu ilə itirdiyi mayeni bərpa edə bilməməsinə şəraiti yaradır”.
G.Sadıqlı bildirib ki, bütün bunlar günvurma əlamətlərini daha da ağırlaşdırır: “Çimərliyə getmək üçün ən uyğun vaxt səhər erkən saatları (6:00 -10:00 arası) və axşam saat 17:00-dan sonradır. Bu saatlar arasında günəş daha az intensivdir və günvurma riski də daha aşağıdır. Bundan əlavə, günəş kremi istifadə etmək (minimum SPF 30), baş örtüyü və gözlük taxmaq, bol maye içmək, kölgəli yerlərdə piyada gəzmək və ya dincəlmək, yüngül, nəfəs alan geyimlər geyinmək kimi tədbirlərin görülməsi günvurma və günəşin zərərli təsirlərindən qorunmağa kömək edir”, - deyə həkim-terapevt vurğulayıb.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 12-06-2024, 16:10