mobil versiya

İsti havalarda hansı içkiləri içmək olmaz?



İsti havalarda bəzi içkiləri içmək qəti qadağandır. Çünki onlar susuzluğu artıra və aritmiyaya səbəb ola bilər.
Bu barədə kardioloq German Qandelman “Sağlam yaşa!” verilişinin efirində deyib.
O, insanları pivədən imtina etməyə çağırıb. Onun sözlərinə görə, ümumiyyətlə istidə spirtli içkilər içmək qəti qadağandır. Çünki bu zaman bədən qədərindən artıq çox nəmliyini itirir, spirt isə susuzluğu daha da artırır.
Eyni zamanda, spirt qəbulu ürək aritmiyasına səbəb ola bilər.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 5-08-2024, 13:28