mobil versiya

Yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb



Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olub.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir. Vəziyyəti orta-ağırdır.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 27-09-2024, 15:32