Ötən aydan Azərbaycanda qızılca xəstəliyi tək-tək qeydə alınır
Sentyabr ayından Azərbaycanda tək-tək qızılca xəstəliyi halları qeydə alınır.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir(apa).
SAĞLAMLIQ / KARUSEL
Tarix: 14-10-2024, 13:26