mobil versiya

Sabunçu Tibb Mərkəzində üz-çənə əməliyyatlarının icrasına başlanılıb



 

TƏBİB ölkə üzrə bütün tabeli tibb müəssisələrində maddi-texniki bazanın yenilənməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz edilməsi və beləliklə müasir səhiyyə infrastrukturunun formalaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Reportyor.az TƏBİB-ə istinadla xəbər verir ki, son dövrlər yeni inkişaf mərhələsinə keçən ünvanlardan biri də Sabunçu Tibb Mərkəzidir. Aparılan yeniliklər nəticəsində burada ən müasir və çoxsaylı tibbi əməliyyatların icrası imkanları genişləndirilib. 
Mərkəzdə baş tutan növbəti yeniliklərdən biri də üz-çənə sahəsi ilə bağlıdır. İlk dəfə olaraq 31 yaşlı pasiyent (kişi) üzərində üst çənənin kistaektomiya orantal fistulanın plastikası əməliyyatı icra edilib.
Üzdə şişkinlik, ağrı və assimetriya şikayətləri ilə Mərkəzə müraciət edən 1994-cü il təvəllüdlü şəxsdə üst çənənin maxsiliar sinusa sirayət edən geniş ölçülü odontogen kistası aşkar edilib və o, dərhal əməliyyata alınıb.
Əməliyyat tibb üzrə fəlsəfə doktoru, üz-çənə cərrahı Vüqar Qurbanov tərəfindən uğurla icra olunub. 
Pasiyentin vəziyyəti hazırda stabildir, müalicəsi davam etdirilir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-10-2024, 12:03