mobil versiya

Koronavirus süni mənşəlidirmi? - ÜST hesabatını açıqladı (VİDEO)




Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənbəyini araşdırmaq üçün Çinə səyahət edən missiyasının hesabatını açıqlayıb. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sənəddə virusun laborator mənşəli olması versiyasının mümkün olmadığı deyilir.

Çinin Vuhan şəhərində araşdırma aparan ÜST mütəxəssisləri yeni koronavirusun mənbəyini təyin etmədiklərini etiraf etməklə yanaşı, virusun yarasalardan insanlara keçə biləcəyini də istisna etməyiblər. Belə ki, elm adamları virusun daşıyıcılarda mutasiya etməsi ilə bağlı səslənən fərziyyələri doğru hesab ediblər. 

Vuhandan başlanan epidemiyanın dəqiq mənbəyinin bilinməməsi səbəbindən ÜST-ün rəhbəri Tedros Adanom Gebreisus təşkilatın virusun süni mənşəyi daxil olmaqla bütün versiyaları nəzərdən keçirməyə davam etdiyini söyləyib:
"Bütün fərziyyələr qüvvədə qalır. Missiya hesabatı yalnız araşdırmanın başlanğıcını göstərir, lakin son deyil. Koronavirusun mənbəyini hələ tapmamışıq və elmi araşdırmaları davam etdirməliyik”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 31-03-2021, 11:29