mobil versiya

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılmasını başa çatdırıb




Rəsmi Bişkek və Düşənbə hərbi bölmələrin sərhəd zonasından çıxarılması prosesini başa çatdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bazar ertəsi bildirib.

"Tərəflər dövlət sərhədi xəttindən əlavə hərbi qüvvələrin və vasitələrin aparılmasını yekunlaşdırıb", - xəbərdə deyilir.

Sərhəd xidmətinin məlumatına görə, tərkibində iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin daxil olduğu birgə komissiya işini davam etdirir. Hazırda sərhəddə və ona yaxın rayonlarda sabit vəziyyət hökm sürür, ötən gecə ərzində qarşıdurma hadisələri və atışmalar qeydə alınmayıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-05-2021, 10:00