mobil versiya

Azərbaycan Ordusunun itkin düşən daha iki hərbçisinin nəşi tapılıb



Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Bu barədə "Report"a Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allah rəhmət eləsin!


SON XƏBƏR / KARUSEL
Tarix: 23-05-2021, 12:43