COVID-19 pasportu ilə bağlı cərimələrin məbləğləri AÇIQLANDI
"Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar".
REPORTYOR.AZ xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək: "Hüquqi şəxslər barəsində həbs qətimkan tədbiri tətbiq olunacaq".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-08-2021, 15:30