16-18 yaş arasında olanlar üçün vaksin məcburi olacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
16-18 yaş arasında olanlar üçün vaksin məcburi deyil.
REPORTYOR.AZ xəbər verir ki, təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu barədə açıqlama verib.
Nazir bildirib ki, ali məktəblərdə, peşə təhsili müəssisələrində ümumiyyətlə yaşı 18-dən yuxarı olanların vaksinasiyası Nazirlər Kabinetinin qərarına əsasən məcburidir.
“Yəni onlardan təhsil müəssisələrində vaksin pasportu tələb olunacaq”, - deyə nazir bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-09-2021, 16:11