Evinə “kupça” almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu şəxslər pulsuz alacaq - VİDEO
Mülkiyyət sənədləri olmayan pay torpaqlarına çıxarışlar veriləcək.
REPORTYOR.AZ-ın "xezerxeber.az"-a istinadən məlumatına görə, proses dövlət hesabına həyata keçiriləcək.
Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar Alimova məlumat verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu ilin oktyabrında sözügedən məsələ ilə bağlı fərman imzalayıb.
Nigar Alimova deyib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları "ASAN xidmət"in səyyar nəqliyyat vasitələri ilə kəndlərdə səyyar qəbullar keçirəcək. Vətəndaş heç bir ödəniş etmədən, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə dövlət hesabına öz pay torpağına sənəd ala biləcək.
Nigar Alimova onu da bildirib ki, 2025-ci ildən başlayaraq fermerlərə subsidiyalar yalnız Dövlət Reyestrindən çıxarışlar əsasında veriləcək. Ona görə də bu tarixə qədər müraciətlərin başa çatıdırılması məqsədəuyğundur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
SON XƏBƏR / KARUSEL
Tarix: 27-10-2021, 10:15