mobil versiya

85 min manata satıldığı deyilən "Azercell" nömrəsinin sahibindən AÇIQLAMA



Bu gün mətbuatda "Azercell” mobil operatoruna məxsus (050) 211-66-.. nömrəsinin 85 min manata satışa çıxarılması barədə xəbər yayılıb.

REPORTYOR.AZ xəbər verir ki, məsələ ilə bağlı qeyd olunan nömrənin sahibi Yeniavaz.com-a açıqlama verib.

O, yayılan xəbərlərin doğru olmadığını bildirib: "Bu nömrəni düz 12 ildir işlədirəm. Elan saytlarında bu nömrənin 85 min manata satışa çıxarılması xəbəri tamamilə yanlışdır”.

Nömrənin sahibi məsələ ilə bağlı gün ərzində ona yüzlərlə zəngin gəldiyini də bildirdi.

Qeyd edək ki, ötən il elan saytlarının birində bu nömrənin 70 min manta satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.


SON XƏBƏR / KARUSEL
Tarix: 6-11-2021, 12:17