mobil versiya

Milyarder Bakıdakı iqamətgahını satışa çıxardı - 15 MİLYONA - FOTOLAR




Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə əmlak satışı saytlarında elan yerləşdirilib.

Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayı yaxınlığında yerləşən klassik üslubda modern və gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub.

İqamətgahın mevə və dekorativ ağacları olan bağı da var.

Satışa çıxarılan iqamətgahın fotolarını təqdim edirik.







SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 2-05-2020, 18:14