Bakı metrosunda ölüm hadisəsi
Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, yaşlı kişi qatarda özünü pis hiss edib. O, dərhal platformaya çıxarılıb. Əraziyə təcili tibbi yardım çağırılıb.
Həkimlər gələnə qədər həmin şəxs həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 9-12-2021, 10:00