Vilayət Eyvazov polis rəisini nöqsanlara görə işdən çıxardı
Azərbaycanda polis rəisi nöqsanlara görə işdən çıxarılıb.
REPORTYOR.AZ report-a istinadən xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsində azad edilib.
Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.
SON XƏBƏR / KARUSEL
Tarix: 23-12-2021, 13:11