mobil versiya

“Haber Global” İlham Əliyev haqqında sənədli film hazırladı: “Bir Baş Komandanın hekayəsi” - VİDEO




Türkiyənin nüfuzlu “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə sənədli film hazırlayıb.

“Bir Baş Komandanın hekayəsi” adlanan filmdə bölgə tarixində baş verən önəmli hadisələrə 100 il öncədən başlayaraq nəzər salınır.


Ekran əsərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətləri qeyd olunur.

Həmçinin, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsi və daha da dirçəlməsinin məhz onun davamçısı İlham Əliyevin adıyla bağlı olduğu bildirilir.

Filmdə Ali Baş Komandanın rəhbərliyilə ordumuzun 44 günlük Vətən müharibəsində qələbə qazanması və torpaqlarımızı işğaldan azad etməsinə xüsusi yer verilir.

Daha ətraflı “Haber Global”ın “Bir Baş Komandanın hekayəsi” sənədli filmində:




SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-12-2021, 17:12