mobil versiya

Zakir Həsənov generala yeni vəzifə verib




Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.

REPORTYOR.AZ report-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.

Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-12-2021, 19:29