Şəhərin mərkəzində avtoxuliqanlıq edən sürücü cəzalandırıldı - VİDEO
Bakıda avtoxuliqanlıq edən şəxsin sürücülük hüququ əlindən alındı.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən sürücü barəsində Nəsimi DYPŞ tərəfindən toplanılan material aidiyyəti üzrə məhkəməyə təqdim edilib:
“Hyundai” markalı 77-PD-568 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhəd Niyazova Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsinə əsasən qərar qəbul edib. Belə ki sürücü barəsində 500 manat cərimə və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərara alınıb”.
A.Əsgərli yol hərəkəti qaydalarını bənzər formada pozan və digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərə səslənərək bu kimi kobud qayda pozuntularından çəkinməyə çağırıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 2-02-2022, 11:30