Koronavirusa yoluxan Xalq artisti: "Sonuncu tamaşanı oynadıq, evə gələndə öskürək..."
Xalq artisti Rafiq Əzimov bir neçə gün əvvəl koronavirusa yoluxub.
Bu haqda danışan aktyor hazırda özünü yaxşı hiss etdiyini və koronavirus testinin cavabını gözlədiyini deyib:
"İki gün əvvəl müalicəm bitdi. İndi koronavirus testi vermişəm. Nəticəsini gözləyirəm. 1 həftəlik müalicə müddətini evdə keçirdim. Evdəyəm, heç yerə getmirəm. İlk dəfədir, koronavirusa yoluxmuşam. Teatrda işləyən bəzi aktyorlarımız xəstə idi. Sonuncu tamaşanı yanvarın 21-də oynadıq. Evə gələndə öskürək başaldı. Xəstələndiyimi anladım. Test verdim, pozitiv çıxdı. Evdə müalicə müddəti başladı".
Qeyd edək ki, Rafiq Əzimov ilk dəfə 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Həmin dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.
Onu da bildirək ki, Akademik Milli Dram Teatrı yanvarın 26-da koronavirusa görə bağlanıb. Bu haqda Teatrın Mətbuat Xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. “Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb”, - deyə o bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-02-2022, 12:15