mobil versiya

Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ MƏLUMAT: Körpəni anadan ayırıblar?




Yasamalda özünü iki övladı ilə beşinci mərtəbədən ataraq intihara cəhd edən qadının vəziyyəti stabil-ağır olaraq qalır.

Bu barədə REPORTYOR.AZ-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova məlumat verib. Qurum rəsmisi Aytən Abbasovaya zəruri tibbi yardım göstərildiyini bildirib:

“Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Uşaq isə ailənin istəyi ilə başqa tibb müəssisəsinə köçürülüb. Belə hallarda iltizamnamə yazırlar və şəxs ondan sonra xəstəxanadan çıxarılır.

Uşağın yerləşdirildiyi yer TƏBİB-in tabeliyində olan tibb müəssisəsi deyil deyə adını açıqlaya bilmərik. Ananın kim tərəfindən ziyarət olunması barədə məlumat vermək isə bizim səlahiyyətimizdə deyil”.


 

SON XƏBƏR / KARUSEL
Tarix: 22-07-2022, 14:30