Şabranda yanğınlar zamanı 5 nəfər xəsarət alıb
Ötən gündən başlayaraq Şabran rayonu ərazisində baş verən yanğın hadisələri zamanı 5 nəfər xəsarət alıb.
Onlardan ikisi yanğın baş verən verən kəndlərin sakinləri olub. Yanıq xəsarətləri alan kənd sakinləri Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 3 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Xəsarət alanların hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.
SON XƏBƏR / HADİSƏ
Tarix: 16-08-2022, 16:00