mobil versiya

MN: "Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub" - VİDEO




Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

Bu barədə REPORTYOR.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.







SON XƏBƏR / KARUSEL
Tarix: 26-08-2022, 15:44