Hüseynbala Mirələmovun restoranında ÖLÜM
Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.
REPORTYOR.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.
Orada istirahət edən 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.
SON XƏBƏR / KARUSEL
Tarix: 29-08-2022, 15:16