Azərbaycanda yerləşən bu məktəbə müəllimlər gəmi ilə gəlirlər - VİDEO
Azərbaycanda bir adada yerləşən yeganə məktəbdə 84 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur ki, onlar da adaya gəlmək üçün 2-3 saat gəmi ilə yol qət etməli olurlar. Söhbət Çilov adasından gedir.
131 nömrəli tam orta məktəb Azərbaycanda adada yerləşən yeganə orta məktəbdir. Pirallahı rayonunun 1694 sakinli Çilov adasında yerləşən məktəbdə 84 şagir təhsil alır.
Onlara 21 müəllim dərs keçir ki, həmin müəllimlər də sahildən 32 km aralıda yerləşən bu adaya adətən gəmi ilə 2-3 saata gedirlər. Sevindirici haldır ki, burada uzun illər işləyənlərlə yanaşı, gənc müəllimlər də çalışır.
Burada müəllimlər üçün yataqxana da var və onlar dərs günləri elə adada qalırlar. Amma havanın pis olduğu günlərdə gəmilər sahilə yan ala bilmədiyindən bu müddət 2-3 gün də uzana bilir.
1951-ci ildən fəaliyyət göstərən məktəbdə 1988-ci ilə qədər tədris yalnız rus dilində olub.
Məktəbdə 10 sinif, 1 kompüter otağı, laboratoriya, kitabxana və idman zalı var. Eyni zamanda şagirdlərin boş vaxtlarını səmərəli keçirmələri üçün burada müxtəlif dərnəklər də fəaliyyət göstərir.
Qeyd edək ki, sakinlərinin əksəriyyəti neft və qazçıxarma idarəsində çalışanlardan ibarət olan Çilov adasında məktəbdən əlavə uşaq bağçası da var.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 11-12-2019, 10:20