mobil versiya

Hacıbala Abutalıbovla bağlı AMEA-dan TƏKZİB



“Hacıbala Abutalıbov əvvəllər Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri olub. Lakin o, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olduqdan sonra həmin laboratoriya ləğv edilib”.

REPORTYOR.AZ AzEdu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında AMEA-nın Fizika İnstitutunun İcmaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Məryəm Əhmədli deyib.

Qeyd edək ki, bir müddət öncə Baş nazirin keçmiş müavini, sabir mer Hacıbala Abutalıbovun Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postuna təyin edildiyi haqqında informasiyalar yayılmışdı.

İnstitut sözçüsü isə açıqlamasında belə bir təyinatın olmadığını, H. Abutalıbovun orada çalışmadığını bildirib:

“Hazırda Hacıbala müəllim AMEA-da çalışmır. Belə bir təyinat həyata keçirilməyib.Saytlarda yazılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Hacıbala Abutalıbov 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri vəzifəsinə başlayıb.

1995-ci ilin fevral ayından isə Hacıbala Abutalıbov müxtəlif dövlət strukturlarında işləməyə başlayır

Xatırladaq ki, fizika-riyaziyyat elmləri doktoru, professor Hacıbala Abutalıbovun Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və bir çox dövlətlərin qabaqcıl jurnallarında 200-dən artıq elmi məqaləsi çap olunub. Bundan başqa, onun 30-dan çox elmi ixtiranın müəllifi olduğu da vurğulanır.

SON XƏBƏR / KARUSEL
Tarix: 11-12-2019, 17:11