mobil versiya

YAP rayon sədrindən oğlunun həbsi barədə xəbərə reaksiya: “Adamı belə vurmazlar”



"Məleykə xanım 40 ilə yaxındır dövlətə sədaqətlə xidmət edir. Məleykə xanımın oğlunun nəyinə lazımdır narkotika?” 

Bu sözləri Yenisabah.az-a Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva oğlu Fariz Ağayevin narkotik ittihamı ilə saxlanması barədə yayılan məlumata münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Fariz Ağayevin həbsi barədə məlumat onun bələdiyyə seçkilərində iştirakı ilə bağlıdır. "Qələt eləyib bələdiyyə seçkilərinə qatılıb. Buna görə yazırlar. Başqa nə üçün ola bilər? Oğlum təsərrüfatla məşğuldur. İndi yolda reydə düşə bilər. Məgər başqa adamlar reydə düşmür? Burda qeyri-adi nə var ki? Yoxlayıb sərbəst buraxırlar”, - deyə Məleykə Ağayeva vurğulayıb.

YAP-ın sədri hesab edir ki, oğlu barədə yayılan məlumat onun özünü də hədəfə gətirmək məqsədi daşıya bilər: "Sabirabadda seçkilərə hazırlıq yüksək səviyyədə gedir. Ola bilər məni istəməyənlər belə şeylərlə adıma qara yaxmaq istəyirlər. Mən qəti şəkildə deyirəm ki, belə bir şey yoxdur. Oğlum yoldadır evinə gəlir. Mən də öz evimdəyəm. Heç bir həbs yoxdur. Adamı belə vurmazlar, adama belə çamur atmazlar. Bunu kim edibsə, mərdi mərdanə çıxıb təkzib versin, üzr istəsin”.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 19-12-2019, 19:00