3 aydır 10 aylıq körpəsiylə yoxa çıxan Xalidə tapıldı, əri... - VİDEO
Üç aydır 10 aylıq körpəsilə birlikdə yoxa çıxan üç uşaq anası Xalidə Məmmədova tapılıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə həyat yoldaşı Fuad ATV-nin "BizimləSən" proqramına açıqlamasında deyib. O, bildirib ki, polislər ona zəng vuraraq arvadının yerini Bakıda aşkarladıqlarını xəbər veriblər.
Xalidənin həyat yoldaşı Fuad hərbçidir (MAXE). Bərdə rayonun İmanqulubəyli kənd sakini, 1993-ci il təvəllüdlü Xalidə Məmmədova 25 sentyabr tarixində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Xalidə evdən gedərkən 6 və 5 yaşlarında olan uşaqlarını ər evində qoyub, 10 aylıq körpəsini isə özü ilə götürüb.
"BizimləSən" proqramına zəng edən Yavər adlı tamaşaçı Xalidənin həyat yoldaşı Fuadı və qayınatası Kərimi tanıdığını, ailə ilə yaxından tanış olduğunu bildirib. Yavər bəy deyib ki, Xalidə evdən gedərkən kənddə tanıdığı bir taksiyə minib, daha sonra avtovağzaldan başqa bir avtomobilə minərək Bakıya gedib. Srücünün sözlərinə görə, Xalidə Lökbatan dairəsinə çatanda onu xarici markalı avtomobil qarşılayıb.
Xalidənin Şirvanda yaşayan atası Xalid bəy qızının onunla əlaqə saxlamadığını bildirib.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 23-12-2019, 12:12