Ucuz yorğan üçün bir-birlərini qırdılar - VİDEO
Türkiyənin Antaliya şəhərində yerli mağazaların birində edilən endirim alıcı izdihamına səbəb olub.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, anbardakı məhsulların su altında qalması onların 70 faiz endirimlə satılması ilə nəticələnib.
Bunu eşidən yerli sakinlər isə mağazaya hücum çəkib. Maya dəyərindən xeyli ucuz qiymətə satılan yorğan, düşək, xalça və digər məhsulları almaq üçün mağazada alıcı izdihamı müşahidə edilib.
Qeyd edək ki, bəzi alıcılar malları birinci götürmək üstündə bir-biri ilə mübarizəyə də qalxıblar.
SON XƏBƏR / KARUSEL
Tarix: 23-12-2019, 13:30