mobil versiya

Deputatlığa namizəd Tural Əfəndiyev seçicilərə müraciət etdi




“Öncə Vətən, Öncə Millət
Güclü Məclis, Güclü Dövlət” şüarı ilə yola çıxan

16 saylı Yasamal ikinci Seçki dairəsindən deputatlığa namizəd, gənc doktorant Tural Əfəndiyev seçicilərinə müraciət edib.

Bu barədə Türkiyə ictimai-siyasi həyatında aktiv rol alıb, Azərbaycan dövlətinin və xalqının mənafeyini müdafiə edən Tural Əfəndiyev öz facebook hesabında məlumat paylaşıb:

“Dəyərli seçicilərim. 16 saylı Yasamal ikinci seçki dairəsindən təbliğat-təşviqat kampaniyamız başladı. Mən bu yola öz gücümə, biliklərimə və sizlər üçün çox mükəmməl işlər görə biləcəyimə əmin olaraq çıxmışam. Çox fərqli bir kampaniya (ciddi maddi resurslara dayanmayan) aparacağıma və sizlərin etimadını qazanacağıma əminəm.

Son hədəfimizin vətənimizə, xalqımıza, dövlətimizə və dövlətçiliyimizə xidmət etmək olduğu bu şərəfli yolda bizə dəstək olan hər bir şəxsə indidən dərin təşəkkürlərimi bildirirəm.

Allah utandırmasın.”

Ayrıca Tural Əfəndiyev Türkiyədə qazandığı təcrübələri Azərbaycan dövlətçiliyi və xalqı naminə istifadə etməyə hazır olduğunu və öz seçki platformasını seçicilərlə görüşlərdə geniş şəkildə açıqlayacağını söyləyib.

Tural Əfəndiyev 1993-cü ildə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuşdur.

Azərbaycanda Tarix və Coğrafiya ixtisası üzrə Bakalavr, İstanbulda İdarəetməçilik ixtisası üzrə Magistratura təhsili almışdır. Hazırda Türkiyə bursları ilə İzmir Dokuz Eylül universitetində İdarəetməçilik üzrə doktorantura təhsili davam edir.

2015-ci ilin iyun və noyabr aylarında Türkiyədə Parlament seçkilərində təcrübə keçmişdir.

Türkiyədə “AVRASYA Gənclərin Beynəlxalq Əməkdaşlıq Təşkilatı” idarə heyətinin sədridir.

Türkiyə Cumhuriyyəti Cumhurbaşkanlığı “Beyazay” ictimai birliyinin (fiziki məhdudiyyətli insanlara dəstək) “Məhdudiyətləri aradan qaldırmaq üçün kampaniya” Tekirdağ şöbə koordinatorluğunu idarə etmişdir.

Türkiyənin “Tarix, İqtisadiyyat, Siyasət, Mədəniyyət Araşdırması Fondu”nun (TESKAV) Azərbaycan koordinatorudur. Türkiyə Cumhuriyyəti “Gənclər və İdman Nazirliyi” və “Türk İş Birliyi və Koordinasyon Agentliyi – TİKA”, “Yurtdışı Türkler və Akraba Toplulukları Başkanlığı-YTB” nəzdində Azərbaycan-Türkiyə dostluq və əməkdaşlığı istiqamətində bir çox layihələrin təşkilatçısı olmuşdur.

Hər il Türkiyə ictimayyətinə və Türkiyədə təhsil alan əcnəbi tələbələrə 20 Yanvar, Xocalı Soqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı, 28 May Respublika günü, erməni işğalçıları tərəfindən Azərbaycan rayonlarının işğal günləri ilə bağlı çox sayda konfrans və simpoziumlar təşkil etmiş, Türkiyə televiziyalarında çıxışları olmuşdur.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 30-01-2020, 20:57