mobil versiya

Özünü MTN agenti kimi təqdim edib, hər rayonda bir arvad alan Nazim ifşa olundu - VİDEO




Özünü MTN agenti, generalı kimi tanıdıb hər rayonda bir arvad alan, dələduzluq yolu ilə insanların pulunu ələ keçirən Nazim Quliyevin videosu yayılıb.

Tamaşaçıların ATV-nin "BizimləSən" proqramına göndərdiyi görüntülərdə dələduz əməllərinin bir qismini etiraf edir. 

XXI əsrin Şeyx Nəsrullahı Quliyev Nazim Bəhtər oğlu 28 sentyabr 1960-cı ildə Naxçıvanın Culfa rayonunun Əbrəqunus kəndində doğulub. 60 yaşlı N.Quliyev bu vaxta qədər onlarla qadınla qeyri-rəsmi şəkildə ailə qurub. Seçdiyi xanımlar əsasən evlilik yaşını ötmüş qadınlar olub.

Özünü dindar, Allah adamı kimi tanıdıb insanlarda özünə qarşı güvən yaradıb. Hər dəfə evləndiyi kənddə əvvəlcə oranın məscidini təmir etdirib, sonra bir neçə nəfəri öz pulu ilə Məşhəd ziyarətinə göndərib, yas yerlərinə maddi yardım edib və sairə.



Bir sözlə, insanları dini zəmində ələ alıb. Beləcə, dələduzluq məqsədilə məskən saldığı kəndlərdə insanların etimadını qazanır və kənd sakinlərindən pul alıb.  Aldatdığı şəxslərə hərbi təqaüd düzəldəcəyinə, sosial evlərdən mənzil alacağına, nazirliklərdə vəzifəyə qoyacağına söz verərək 100 minə yaxın pul alıb.

İnsanlarda özünə qarşı mərhəmət yaratmaq üçün həyat yoldaşının Aprel döyüşlərində yaralandığını, sonra isə öldüyünü deyib. Hamıya deyib ki, gizli kəşfiyyatçıdır, onun haqqında heç kimə heç nə deməsinlər.

Quliyev Nazim Lerikin Bürsülüm kəndindən olan tamaşaçılar tərəfindən ifşa olunub. ATV-nin "BizimləSən" proqramına gələn şəxs Bəhram adlı şəxs tərəfindən aldadıldıqlarını bildirib. Şəkli efirdə nümayiş olunduqdan sonra onu tanıyan, daha doğrusu, onun əməllərindən əziyyət çəkənlərin zənglərinin ardı-arası kəsilmək bilməyib.

Studiyaya zəng vuran kişi efirdə fotosu nümayiş olunan şəxsin oğlunu FHN-ə işə düzəldəcəyinə söz verərək ondan 6500 manat aldığını deyib.
Bərdədən zəng vuran Sadıqov Şirin adlı şəxs fotodakı kişinin ondan 5000 manat pul aldığını bildirib. Bakıdan zəng vuran Aynur adlı şəxs isə bildirib ki, Nazim Quliyev onun Cəlilabaddan olan bir qohumu ilə evlənib, etimad qazanaraq qohum-əqrəbadan külli miqdarda pul alaraq yoxa çıxıb.
Beləcə, onlarla tamaşaçı zəng vuraraq həmin şəxsin əməllərindən zərər çəkdiyini bildirib. İlkin hesablamaya görə, Nazim Quliyev insanları aldadaraq 150 min manatdan çox pul alıb.

Quliyev Nazim Bəhram oğlunun rəsmi nikahda olduğu qadından üç övladı var. Oğlanlarından birinin adı Qurbandır, hansı ki bəzi yerlərdə özünü Qurban kimi tanıdıb. Peşəkar dələduz bəzi yerlərdə isə özünü Bəhram kimi təqdim edib.//BAKU.WS

<iframe src="http://baku.ws/video2/v.php?v=1366701"  width="640" height="360"></iframe>



SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 4-02-2020, 13:48