mobil versiya

“Məncə Milli Məclisdə qabardılacaq ən böyük problemlərdən biri məhz evsizlik problemi olmalıdır” - Məhsəti Hüseynova




20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Məhsəti Hüseynova, ərazi üzrə hər gün seçicilərlə kütləvi və fərdi görüşlərə davam edir. 

Hər gün Nərimanov rayonu üzrə poblemləri işıqlandırması ilə diqqəti çəkən namizəd bu gün də gənclərin evsizlik probleminə toxundu:

“20 saylı Nərimanov 2ci seçki dairəsi üzrə seçicilərlə fərdi görüşlərimiz davam edir. Bu ərazidə rast gəldiyim ən böyük problemlərdən biri də gənclərin ev problemləridi. Ərazidə yaşayanların çox hissəsi kirayədə yaşayır. və bunlar elə bildiyiniz kimi rayonlardan, bölgələrdən gələnlər deyil, elə Nərimanov sakinlərinin özləridir. Yeni ailə quran gənclər və ya çox uşaqlı ailələrin gənc nümayəndələridir. Bəziləri də ev probleminə görə ailə qura bilməyən cavanlardır.

MƏNCƏ MİLLİ MƏCLİSDƏ QABARDILACAQ ƏN BÖYÜK PROBLEMLƏRDƏN BİRİ MƏHZ BU EV PROBLEMİ OLMALIDIR!!!”

Görüşdə seçkilərdə iştirakın əhəmiyyəti, əhalinin problemləri, millət vəkili seçiləcəyi təqdirdə əhalinin problemlərinin həllində səlahiyyəti daxilində görə biləcəyi işlər haqqında danışılıb. Vətəndaşların əksəriyyəti səsvermədə şəffaflığın qorunmaması səbəbindən seçkilərə inanmadığını bildirib. Məhsəti Hüseynova millət vəkili seçiləcəyi təqdirdə onların hər problemində yanlarında olacağını, bu ərazidə çoxsaylı problemin həllinə nail olacağını, seçkiyə gəlməklə saxtakarlığa son qoymağın mümkün olduğunu vurğulayıb. Vətəndaşların əksəriyyəti seçkiyə gələcəyinə və məhz Məhsəti Hüseynovaya səs verəcəyinə söz veriblər.




SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-02-2020, 20:00