mobil versiya

Bakıda itkin düşən şəxs oteldə tapıldı




Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

Bu barədə REPORTYOR.AZ-a BŞBPİ-nin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, N.Əliyev paytaxtda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏR / KARUSEL
Tarix: 20-02-2020, 16:40