Evdən çıxmaq üçün icazə alan vətəndaş Bakının istənilən ərazisindəki aptekə gedə bilər - RƏSMİ
Vətəndaşlar icazə üçün müəyyən olunmuş müddət ərzində Bakı şəhərinin istənilən ərazisində hərəkət etməklə öz işlərini görə bilərlər.
“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.
“Burada söhbət ondan getmir ki, Yasamal rayonunda yaşayan vətəndaş mütləq həmin rayondakı aptekdən dərman almalıdır, digər yerlərdəki apteklərə də gedə bilərlər. Lakin müəyyən olunmuş müddətdə öz yaşadığı yerinə qayıtmalıdır”, - o vurğulayıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 3-04-2020, 13:27