DİM elektron ərizə qəbuluna başlamalıdır (EKSPERT)
"Dövlət İmtahan Mərkəzi elektron ərizə qəbuluna başlamalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, sənəd qəbul komisiyyaları isə online sistemdə fəaliyyət göstərməlidir:
"Artıq real addım atmağın vaxtıdır. Yəni, həm orta və ali məktəblər, həmdə buraxılış və qəbul untahanları ilə bağlı məsələni həll etmək lazımdır. Düşünürəm ki, DİM buraxılış və qəbul imtahanlarında situasiya tipli test tapşırıqlarını çıxarmalı və bundan əlavə IX siniflər üçün buraxılış imtahanı 2 mərhələli yox, bir mərhələli olmalıdır. Bundan başqa Dövlət İmtahan Mərkəzi elektron ərizə qəbuluna başlamalıdır. Sənəd qəbulu komissiyyaları isə online sistemdə fəaliyyət göstərməlidir. Aprelin 20-dən ərizə qəbulu başlamlı və may ayının 20-nə qədər qəbul davam etdirilməlidir. İndidən bu prosesi həyta keçirmək lazımdır ki, sonradan ərizə qəbuluna vaxt itirilməsin".
Kamran Əsədov bildirib ki, sənəd qəbulu və bununla bağlı sənədləşmə prosesi online qaydada həyata keçirilməlidir:
"İmtahanda təqdim ediləcək test tapşırıqlarının da ağırlıq dərəcələrini müəyyən qədər azaltmaq, çətin tipli test tapşırıqlarından az, daha çox asan və orta tipli test tapşırıqları təqdim edilməlidir ki, imtahan nəticələri qənaətbəxş olsun".
SON XƏBƏR / KARUSEL
Tarix: 17-04-2020, 11:28