mobil versiya

Azərbaycanda 2 dostdan DƏHŞƏTLİ ƏMƏL: evdə tək olan 5 yaşlı qıza görün nələr etdilər




Gəncə şəhərində seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1989-cu il təvəllüdlü Tural Murquzov və 1991-ci il təvəllüdlü Tofiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tural Murquzov özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı Gəncə şəhər sakini Tofiq Qasımov ilə birlikdə oğurluq cinayəti törədib.

Kirayəşin evi qarət etdi

Belə ki, onlar 2017-ci ilin fevral ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən Elşən Əliyevə məxsus kirayədə yaşadığı evdə olan bir ədəd “Nord” markalı, 300 manat dəyərində işlənmiş soyuducunu oğurlayıblar.

Həmin vaxt birlikdə evin digər otağında olan əmlakları da gizli olaraq talamaq barədə razılığa gəlib, lakin əmlakları eyni vaxtda apara bilməyəcəklərini görüb və kilidli otağın qapısını sınıdırıblar və içəri giriblər.

Onlar həmin otaqda olan 1000 manat dəyərində “Arçelik” markalı soyuducunu, bir ədəd “LG” markalı 800 manat dəyərində paltaryuyan maşını, 20 manat dəyərində işlənmiş vəziyyətdə markası istintaqa məlum olmayan kompüterin ekranını, 10 manat dəyərində bir ədəd işlənmiş vəziyyətdə kompüterin klaviaturasını və 20 manat dəyərində işlənmiş müxtəlif qabları oğurlayıblar.

Azyaşlıya qarşı təcavüz

Bundan başqa, Tural Murquzov 26 may 2017-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində kirayədə yaşadığı mənzildə onunla birlikdə evin digər otağında anası Mətanət Babayeva (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) ilə kirayədə yaşayan 2012-ci il təvəllüdlü Səbinə Babayevanın anasının evdə olmamasından, köməksiz vəziyyətindən istifadə edərək onu soyundurub.
Daha sonra o, azyaşlını çarpayıya uzadaraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Onunla qeyri-təbii və ya təbii yolla uşaqbazlıq edib.
İki dostun cinayət işi

İstintaq orqanı tərəfindən Tural Murquzovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək), 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Onunla birlikdə oğurluq hadisəsini törətməkdə ittiham olunan Tofiq Qasımova isə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunub.

“Həyətdəki tikilini Turalın anasına kirayə verdim”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Elşən Əliyev bildirib ki, Əziz Əliyev onun qayınatasıdır: “2017-ci ilin fevral ayında işləmək məqsədilə Türkiyəyə getmişdim. Getməmişdən əvvəl evin açarlarını evə nəzarət etsin deyə qayınatam Əzizə verdim. Bir həyətdə iki evim olub, öz yaşadığım evin qapılarını bağladım. Həyətdə olan digər tikilini isə Turalla anası Təranəyə kirayəyə verdim”.

Zərərçəkmişin sözlərinə görə, qayınatası 8 martı 2017-ci il tarixdə nəzarət etmək üçün evə gedib və onun evindən bir ədəd 1000 manat dəyərində olan “Arçelik” markalı soyuducunun, bir ədəd 800 manat dəyərində olan “LG!” markalı paltaryuyan maşının, kirayə verdiyi yarım tikilidən isə bir ədəd 300 manat dəyərində olan “Nord” markalı soyuducunun oğurlanmasını bilib. Sonradan məlum oldu ki, Tural və Tofiq adlı şəxs 1 ədəd işlənmiş vəziyyətdə olan 20 manat dəyərində markasını bimədiyim kompüterin ekranını, 1 ədəd 10 manat dəyərində işlənmiş kompüter klaviaturasını və işlənmiş 20 manat dəyərində qab-qacağı da oğurlayıblar”.

“Arxadan qucaqlayaraq özünü mənə sürtdü”

Cinayət işi üzrə zərərçəkmiş, azyaşlı Səbinə Babayeva bildirib ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində anası Mətanət Babayeva, xalası uşaqları Eldar və Gülanə ilə birlikdə yaşayıblar: “Kirayədə yaşadığımız evdə bizdən başqa Təranə, oğlu Tural da yaşayıb. Lakin onların otaqları ayrı olub. Anam hər gün səhər işə gedib, axşama kimi evdə xalam uşaqları ilə birlikdə qalaraq oynamışıq. Bir gün anam işdə olan zaman evdə uşaqlarla oynayanda Tural məni yanına çağırdı. Məni yataq otağına apardı. Orada Tural paltarımı soyundurdu, özü də paltarını soyundu. Tural məni çarpayıya uzatdı, sinəmdən öpdü. Sonra arxadan qucaqlayaraq özünü mənə sürtdü”.

“Turalın etdiklərini dedim”

Səbinə Babayevanın sözlərinə görə, həmin vaxt arxasına islaq nəyinsə töküldüyünü görüb. Zərərçəkmiş azyşalı ifadəsinin bu hissəsində Turalın onu iyrənc hərəkətlər etməyə vadar etdiyini söyləyib.

Azyaşlı qeyd edib ki, anası evdə yatan zaman xalası qızı ondan, Turalla yorğanın altında nə etdiklərini soruşub: “Mən də Turalın etdiklərini deyəndə anam eşitdi. Məni yanına çağırdı. Mən də Turalın etdiklərini dedim”.

“Bacım uşaqlarının məndən başqa heç kimləri yoxdur”

Azyaşlı Səbinə Babayevanın anası Mətanət Babayeva bildirib ki, azyaşlı qızı və mərhum bacısının azyaşlı uşaqları - 12 yaşlı Eldar və 10 yaşlı Gülanə ilə Gəncə şəhəri Məhsəti qəsəbəsində kirayədə yaşayıb: “Bacım uşaqlarının məndən başqa heç kəsləri yoxdur. Kirayadə yaşadığımız evdə bizdən başqa Təranə adlı qadın və onun oğlu Tural Murquzov da yaşayıb. Yataq otaqlarımız ayrı-ayrı olsa da, evin zalından, mətbəxindən və digər yardımçı otaqlarından birgə istifadə etmişik. Hər gün şənbə və bazar günləri istisna olmaqla səhər saat 09.30-da işə getmişəm, ə saat 18-də evə qayıtmışam”.

“Bu sözləri eşidəndə şoka düşdüm”

Mətanət Babayevanın sözlərinə görə, evdə olmayanda onun azyaşlı qızı Səbinə və mərhum bacısının uşaqları tək qalıblar: “29 may 2017-ci il tarixdə iş günü olmadığı üçün saat 15 radələrində evdə yatmışdım. Uşaqlar isə evdə oynayırdı, uşaqların səsinə evdə yuxudan oyandım. Qızım Səbinə ilə bacım qızı Gülanənin arasında olan danışıqlara qulaq asarkən bacım qızının Səbinədən Turalın çarpayıda lüt uzanıb, onunla yorğanın altında nə etdiyini soruşduğunu eşitdim. Səbinə də Gülanəyə Turalın onun döşlərini əmdiyini və özünü onun arxasına sürtündüyü dedi. Bu sözləri eşidəndə şoka düşdüm. Dərhal Səbinə ilə Gülanəni öz yanıma çağırdım. Onlara düzünü danışmalarını dedim”.

“Anası oğluna cavabdeh olmadığını dedi”

Mətanət Babayeva qeyd edib ki, Səbinə başını aşağı əyib və ona heç nə demək istəməyib: “Bu zaman Gülanənin üzünə baxdım. Gülanə mənə Turalın paltarsız Səbinə ilə yorğanın altında uzanmasını, onu və qardaşı Eldarı isə otaqdan çıxardığını, onlara çöldə oynamalarını dediyini bildirdi. Bundan sonra Səbinə məni həmin otağa apardı və otaqda çarpayını göstərdi. Turalın onu soyundurduğunu, özü də soyunduğunu və arxadan qucaqlayaraq özünə sürtüyünü dedi. Bundan sonra dərhal Turalı və anasını çağırdım. Tural olanları əvvəlcə boynuna almaq istəməsə də, uşaqlar olan hadisələri onun üzünə deyəndən sonra özünü itirdi. Anası Təranə oğluna cavabdeh olmadığını və bu hadisənin ola bilməsini dedi. Bu barədə sahə inspektoruna məlumat verdim. Sahə inspektoru Turalla söhbət edən zaman Tural şeytana nəhlət bir iş olduğunu söylədi. Sonra bu barədə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim”.

“Bağışlanmağımı istəyirəm”

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Murquzov 14 il, Tofiq Qasımov isə 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tofiq Qasımov apelyasiya şikayəti verib. O, yetim olmasına, uşağının xəstəliyinə və təzə qurduğu ailəsinə görə bağışlanmasını xahiş edib. Tofiq Qasımov apelyasiya şikayətində qeyd edib ki, uşağı 1-ci dərəcə raxit xəstəliyindən əziyyət çəkir: “Özüm valideynlərim tərəfindən atılmışam və Gəncə şəhər 1 saylı uşaq evində dövlət himayəsində böyümüşəm. Heç kimim olmadığına görə ailəmin qayğısına özüm qalıram. Hazırda ailəm başsızdır, ailəmə heç bir yerdən köməklik olunmur. Etdiyim əməlindən çox peşmanam, xahiş edirəm ki yetimliyimə, uşağımın xəstəliyinə və təzə qurduğum ailəmə görə bağışlanım”.

“Bu cinayəti etməmişəm, bir böhtandır”

Digər təqsirləndirilən Tural Murquzov da apelyasiya şikayəti verib. O, qeyd edib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrum edilib: “Ancaq özümü Cinayət Məcəlləsiin 150.3.3-cü maddəsi ilə təqsirli bilmirəm. Çünki bu cinayəti etməmişəm. Mənimlə şəxsi düşmənçiliyi olduğu üçün zərərçəkmiş üstümə böhtan atılıb. Məhkəmə istintaqı zamanı məhkəməyə bildirdim ki, bu cinayəti etməmişəm, bir böhtandır. Ekspertin rəyində göstərilib ki, bu işi mən etməmişəm. Məhkəmə tərəfindən işimə ədalətsiz baxılıb”.

Tural Murquzov işinə yenidən baxılaraq, ədalətli qərar verilməsini xahiş edib. O, birinci instansiya məhkəməsinin hökmün ləğv edilərək ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə bəraət verilməsi və yalnız Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrlə məhkum edilməsinə dair hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş edib.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, hər iki təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.// Publika.az

SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 20-04-2020, 10:40