mobil versiya

"30 il əvvələ dönürük, deməli, sıfırdan başlamalıyıq " - İqtisadçı alim




"Eyni gəminin sərnişinləri olaraq 30 il bundan əvvələ dönürük".

    
Bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.
                                                   
Onun sözlərinə görə, çox çətin bir dövrə gəldik:

    
"Büdcəyə, pensiya fonduna, işsizlik fonduna, iri vergi ödəyicisi olan bütün dövlət şirkətlərinə, polisə, hərbiçiyə, məmura, icraya, bələdiyyəyə, bir sözlə hər kəsə pul lazımdır. Bu qədər pulu hardan tapmalı? Hamı gözünü Neft Fonduna dikib. Bəs, sonra? Belə görsənir ki, eyni gəminin sərnişinləri olaraq 30 il bundan əvvələ dönürük. Deməli, təkamülü yenidən və sıfırdan başlamalıyıq. Yeni dünyada köhnə qaydalarla buna nail ola bilərikmi? Əsla yox. Odur ki, dəyişməliyik və ictimai şüura malik olmalıyıq".

SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-04-2020, 10:47