190 manat üçün SMS alıb poçta adına pul gəlməyənlər nə etməlidir? – AÇIQLAMA
İstisna hallarda vətəndaşa 190 manatla bağlı SMS getsə də, poçtda onun adı olmur.
“MediaPost”un məlumatına görə, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov ATV-yə açıqlamasında deyib.
“Əgər belə bir hal baş veribsə, o zaman vətəndaşlar Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin çağrı mərkəzinə müraciət etsinlər. Böyük ehtimalla, bu texniki bir problemdir. Çünki SMS gəlibsə və təsdiq olunubsa, bu o deməkdir ki, həmin vətəndaşımızın 190 manatlıq birdəfəlik yardım almaq hüququ təsdiq olunub. Sadəcə olaraq, məlumatların bölüşüdürülməsi ilə bağlı texniki problem olub və məlumat poçt idarəsinə göndərilməyib. Çağrı mərkəzinə zəng etməklə həmin problemi həll etmək olar”, – deputat söyləyib.
SON XƏBƏR / BANNER / KARUSEL / SOSİAL
Tarix: 25-04-2020, 15:45