mobil versiya

ReAL funksioneri: "Milli Şuranın buraxılmasını tələb edirlər, olmayan qurum necə buraxılacaq?"




"Dünən axşam, bu gün də səhər saat 9-dan jurnalist dostlarım zəng edərək Milli Şura ilə bağlı yayılan videolara münasibət istəyirlər. Açığı, cavab vermək istəmirəm, o qurumla bağlı şəxsən mənə 2013-də hər şey aydın idi. O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq imtina etdik. Çünki, dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxs-şəxslər ərtafında büdpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı".

"Report" xəbər verir ki, bu fikirləri ReAl-ın icraçı katibi Natiq Cəfərli sosial şəbəkə səhifəsində bildirib. 

"Gənc olmayan hitlerçilərə geniş cavab vermək istəmirəm, amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələr bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və disklayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq "arqumentlərinə" çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım", - N.Cəfərli vurğulayıb.



ReAL funksioneri, ümumiyyətlə, Milli Şura adlı bir təşkilatın mövcud olmadığını hesab edir:


"Bir çox dostlar MŞ-nin buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! MŞ yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi MŞ-ni saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər, və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar - vəssalam. Bu qədər primitiv və köhnədilər. Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur. Videoları da, çox güman, öz içlərində olanlar sızdırıb - zatən içlərində hökumətə işləməyən çətin tapıla. Hər birinin illərdir bu hökumətlə ilişkiləri olub-var, onlara çəkilin xəttdən, biçilən roldan heç vaxt kənara çıxmayıblar. Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar."

SON XƏBƏR / GÜNDƏM / SİYASƏT
Tarix: 14-05-2020, 13:50