mobil versiya

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub




COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından REPORTYOR.AZ-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 27-05-2020, 17:10