Masallıda yas mərasimi keçirənlər həbs edildi - FOTO
Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib.
Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb. Onlardan 3 nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.
SON XƏBƏR / KARUSEL
Tarix: 8-07-2020, 10:39