mobil versiya

ATU-nun koronavirusa yoluxan həkimi ECMO-ya qoşuldu


"Bu günə qədər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının linikasının heyəti arasında 33 nəfər virusa yoluxub ki, onlardan biri də reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir".

ATU-nun Mətbuat xidmətindən REPORTYOR-a verilən məlumata görə, Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib.
C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Hazırda Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb".

ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib: "Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicənin daha effektli və sürətli aparılması üçün ECMO cihazının mövcudluğu nəzərə alınaraq Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Cihaza qoşulu olan C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altındadır".

Cavid Paşayev

Cavid Paşayev

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 9-07-2020, 12:55