mobil versiya

ATU-nun Tədris Cərrahiyyə Klinikasının 33 həkimi koronavirusa yoluxdu



Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub.

Bu barədə "Report"a ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: "27-nin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur".



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-07-2020, 10:41